Gürcüstanda rusiyalı turistlərin sayı 70 faiz azalıb

06:18 13-08-2019 481

Rusiyadan Gürcüstana gələn turistlərin sayı 70% azalıb.

Bu haqda “İzvestiya” qəzetinə Rusiya turizm sənayəsi birliyinin vitse-prezidenti Yuriy Barzıkin bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya vətəndaşları Gürcüstana yalnız yerüstü nəqliyyat vasitəsi ilə gəlirlər, o cümlədən qonşu Azərbaycan və Ermənistan ərazisindən tranzitlə. Avia əlaqənin bərpası yaxın zamanda gözlənilmir.  

Qəzetin diplomatik mənbələrdən aldığı xəbərinə görə, Rusiya ilə Gürcüstan arasında uçuşlar ən azı 2020-ci ilin oktyabr ayına kimi, bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər bərpa olunmayacaq.