Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

20:18 21-06-2019 1313

İyunun 21-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə  Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan və Türkiyə Prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.