Rusiyalı qadın krosovkalarda sərhəddən qızıl keçirmək istədi

07:45 13-08-2019 643

Rusiyada gömrük əməkdaşları ayaqqablarında sərhəddən 2 kiloqram qızıl keçirmək istəyən qadını yaxalayıblar.

RİA Novosti” xəbər verir ki, gömrük işçiləri qadının həyəcanlı olduğuna görə şübhələniblər.

Qızıl külçələri stasionar metal detektoru aşkarlayıb. Onlar qadının ayaqlarındakı krosovkalarda imiş. Qaçaqmal qızılın ümumi dəyəri 4 milyon rubldur (104 min manat).

Qadın barəsində cinayyət işi qaldırırlıb.