İraqda COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada güclü yanğın: 50 nəfər həlak olub - VİDEO

09:00 13-07-2021 388

İraqın cənubundakı Ən-Nasiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş güclü yanğın nəticəsində 50 nəfər həlak olub.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Onlarla xəstənin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilib, ölüm sayının artacağı istisna edilməyib.

İlkin məlumata əsasən, yanğın qısa qapanma nəticəsində baş verib.  

Digər mənbələrə görə isə yanğın oksigen balonunun partlaması nəticəsində başlayıb.

İraqın Səhiyyə Nazirliyi yanğının səbəblərini rəsmən açıqlamayıb.