Saatlıda 17 yaşlı oğlan suda boğulub

20:40 13-07-2021 303

Saatlı rayonunda gənc oğlan suda boğulub.

“Report” xəbər verir ki, rayonun Potubəyli kənd sakini, 2004-cü il təvəllüdlü Azadov Ramin Vahid oğlu Mil-Muğan kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.