Meşədə çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO

15:40 14-07-2021 347

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.