“Çelsi” Kyezaya görə 100 milyon avrodan keçməyə hazırdır

20:20 14-07-2021 371

İngiltərənin “Çelsi” klubu heyətini AVRO-2020-də İtaliyanın heyətində parlamağı bacarmış Federiko Kyeza ilə gücləndirmək niyyətindədir.

Tanınmış idman jurnalist Kristian Falk öz “Twitter” səhifəsində qeyd edib ki,  “zadəganlar” İtaliya millisinin üzvü üçün 100 milyon avroluq təklif göndərib.

Lakin “Yuventus” rəhbərliyi 23 yaşlı hücumçunu satmaq niyyətində olmadığı bildirib.  

Məlumat üçün qeyd edək ki, Federiko Kyeza “Fiorentina” klubunun yetirməsidir.  O, 2020-ci ildə “Yuventus” klubuna transfer olub.