Fransada antikovid nümayişləri keçirilib – VİDEO

01:40 15-07-2021 353

Fransada yüzlərlə insan COVID pasportları və koronavirusa qarşı digər tədbirlərə etiraz əlaməti olaraq küçələrə axışıb.

Bu barədə “RİA Novosti” “Le Figaro” nəşərinə istinadən məlumat yayıb.

Ən irimiqyaslı aksiyanın keçirildiyi Parisdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, bu gün Fransada ən mühüm milli bayramlardan biri olan Bastiliyanın alınması günü qeyd olunur.