Dəhşət-zibillikdə uşaq meyiti tapıldı-Foto

12:23 13-03-2019 33

Xəzər rayonu Binə qəsəbəsində  yerli sakinlər zibilliyə atılmış oğlan uşağının meyitini aşkarlayıblar.

Hergun.az-ın verdiyi məlumata görə, yenidoğulmuşun meyiti elə qəsəbə sakinləri tərəfindən tapılıb və aidiyyatı orqanlara xəbərdarlıq edilib.  Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil.  Faktla bağlı  araşdırma aparılır.
Sakinlər Asiya.info-ya bildirir ki, onları şoka salan digər hadisə ərazidə və zibillikdə kütləvi sahibsiz itlərin olduğu halda uşağı parçalamamasıdır. Hətta ona yaxınlaşan itlərin meyiti izlədikdən sonra sakitcə ordan uzaqlaşdığını bildirən sakinlər heyvanlarda olan hissiyatın onun valideynlərində olmadığını bildirirlər.