Əfran İsmayılovun klubu müəyyənləşdi

13:36 13-08-2019 535

“Keşlə” FK növbəti transferini reallaşdırıb. 

HerGun.Az xəbər verir ki, “Keşlə” Futbol Klubunun rəhbərliyi ilə futbolçu Əfran İsmayılov arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Ə.İsmayılovla bağlanmış müqavilənin müddəti bir il təşkil edir.

Qeyd edək ki, Ə.İsmayılovun son klubu “Sumqayıt” FK olub.