Nəcməddin Sadıkov Moskvada iclasda - FOTO

16:45 14-03-2019 18

Martın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.