Kaliforniyada silahlı insident: İki nəfər öldürülüb

04:00 18-07-2021 357

Birləşmiş Ştatların Sakramento(Kaliforniya ştatı) şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə yerli polis idarəsindən məlumat verilib.

Hadisə yerində bir neçə odlu silah tapılıb. Hadisənin təfərrüatları araşdırılır.