Göygöl sakini qudasını bıçaqladı

11:20 18-07-2021 775

Gəncə şəhərində qohumunu bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

"Report"un məlumatına görə, Göygöl Topalhəsənli kənd sakini 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində öz qudası, Göygöl Topalhəsənli kənd sakini 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bir bıçaq zərbəsi ilə daxilə keçən bədən xəsarəti yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, daha sonra hadisə yerindən qaçıb.

Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.