Yerevanda polis aksiya iştirakçılarına güc tətbiq etdi - VİDEO

22:09 14-03-2019 24

Yerevanda Milli Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsi işləri yenidən başlanılıb.

Qeyd edək ki, bu kafenin sökülməsi orda işləyənlərin etiraz aksiyaları səbəbi ilə dayandırılmışdı.

News.am-ın məlumatına görə, kafenin işçiləri söküntü işlərinə mane olmaq üçün müqavimət göstəriblər.

Polislər etirazçıları yerə yıxıb, sürüyərək ərazidən uzaqlaşdırıblar.