Şəmkirdə məişət əşyaları oğurlayan dəstə saxlanıldı - FOTO

02:09 15-03-2019 25

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ötən ilin mayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. 

 Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən ümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb.

Dərhal Şəmkir RPŞ-nin əməkdaşlarının araşdırmaları nəticəsində zamanı məlum olub ki, vətəndaşın  evindən ümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş 46 yaşlı Əfqan Alyarov saxlanılıb. 

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları  məişət əşyalarını satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.