Şok: Afətə lağ edən 5 tibb bacısı işdən qovuldu - Video

08:22 15-03-2019 32

Afət Telmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada hind musiqisi üzərində oxumasını parodiya edərək, sosial şəbəkədə yayan 5 tibb bacısı işdən qovulub.

Kult.az xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin layihə rəhbəri və aparıcısı Tarix Əliyev məlumat paylaşıb. T.Əliyev məlumatın dəqiqliyini yoxlamaq üçün Şəki Mərkəzi Xəstəxanasının sözügedən tibb bacılarından biri ilə də telefonla danışıb və danışığını sosial şəbəkə hesabında yayıb.

Tibb bacısı işdən çıxarılmalarını təsdiqləyib.

T.Əliyev baş həkim Elçin Əmirovla da əlaqə saxlamağa çalışdığını, lakin zənglərinə cavab almadığını qeyd edib və sabahkı verilişində bu məsələyə aydınlıq gətirəcəyini bildirib.

T.Əliyev daha sonra dünyada xəstəsi ilə rəqs edən həkimlərin videosunu da yayıb və burda heç bir qeyri-adi hal olmadığını bildirərək, nazir Oqtay Şirəliyevin işdən qovulanları geri qaytaracağına inam ifadə edib.

Qeyd edək ki, Şəki Mərkəzi Xəstəxanasının 5 tibb bacısı A.Fərmanqızının Nəsiminin qəzəli üstündə oxuduğu “Pəncu-şeş” hind mahnısına artıq bir çox yutuberin istifadə etdiyi formada məzəli reaksiya verib, sosial şəbəkə hesabında yaymışdılar.