Yeni Zelandiyada məscidlərə silahlı hücum: 27 ölü - VIDEO

08:36 15-03-2019 19

Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məscidə və şəhər xəstəxanasına silahlı hücum olub.

Bu haqda New Zeland Herald məlumat yayıb.

Terrorçuların açdığı atəş nəticəsində 27 nəfərin nəfər həlak olduğu bildirilir. Bəzi mənbələr 50-ə yaxın yaralının olduğunu yazır. İnsident vaxtı məscidlərin birində 300-ə yaxın insanın ibadət edib.

Hücumlardan birini Avstraliyalı ultra-sağçı , irçi fəalın həyata keçidiyi artıq müəyyən edilib. Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Hadisə şahidlərinin dediyinə görə, atəş açan şəxslərdən biri şlemdə, hərbi gödəkçədə və eynəkdə olub və silahlı hücumu sosial şəbəkədə onlayn şəkildə yayımlayıb.  Hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb, küçələrin giriş-çıxışları nəzarətə götürülüb. Bir nəfərin həbs olunduğu bildirilsə də, həmin şəxsin terrorçu olub-olmadığı açıqlanmır.

Ölkənin baş naziri Casind Ardern baş verən insidentin terror aktı olduğunu bildirib və “ölkə tarixinin ən qara günlərindən biri” kimi qələmə verib.