Son sutkada vaksin olunanların sayı açıqlandı - FOTO

18:00 18-07-2021 374

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 869 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.