Olimpiya kəndində ilk yoluxma: Futbolçularda COVID aşkar olunub

19:00 18-07-2021 458

Tokiodakı Olimpiya kəndində ilk koronavirusa yoluxma halları aşkar edilib.

Bu barədə “Kyodo” məlumat yayıb.

Məlumata görə, yoluxan üç nəfərdən ikisi futbol üzrə CAR millisinin üzvləri, digəri isə yığmanın videoanalitikidir.

Hazırda onların qaldıqları hotel nömrələrində təcrid olunduqları bildirilib.

Məlumatları CAR Futbol Federasiyası da təsdiqləyib.