Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

19:20 18-07-2021 381

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. 

Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarın tikildiyi və ərazidə antisanitar vəziyyətin hökm sürdüyü ilə bağlı müraciət daxil olub. 

Araşdırma zamanı bəzi maraqlı məqamlar ortaya çıxıb. Məlum oldu ki, məbədin mühafizəçisi var, divarın tikildiyi ərazi isə məbədin mühafizə zolağından beş metr məsafədədir. Ərazidə isə hər hansısa bir zibilliyin olmasına rast gəlinməyib.

Daha ətraflı Baku TV-nin süjetində: