“Qisasçılar: Final” filminin treyleri çıxdı - VİDEO

10:18 15-03-2019 18

“Marvel” studiyası “Qisasçılar” elmi fantastik saqasından olan növbəti “Qisasçılar: Final” filminin treylerini yayımlayıb. Silsilənin sayca dördüncü epizodunun videoçarxı şirkətin rəsmi “YouTube” kanalına yerləşdirilib.

Bundan başqa, studiyanın “Twitter” səhifəsində filmin posteri dərc olunub.

Qeyd edək ki, filmin Azərbaycandakı premyerası aprelin 25-nə (2019) planlaşdırılıb.

Ekran əsərində Bri Larson, Bredli Kuper, Skarlett Yohansson, Kris Hemsvort, Kris Evans, Robert Dauni-kiçik kimi Hollivud ulduzları rol alıb.