Cennifer Lopezin sevgilisini soydular - VİDEO

23:54 13-08-2019 769

Cennifer Lopezin sevgilisi, iş adamı Aleks Rodrigez yarım milyon dollarlıq qarətlə üzləşib.

TMZ-nin məlumatına görə, hadisə ötən bazar günü San Fransisko da keçirilən “Giants” və “Phillies” komandaları arasında keçirilən beysbol oyunu zamanı baş verib.

Aleks həmin oyuna şərhçi kimi qatılıb.

San-Fransisko Polis İdarəsindən verilən məlumata görə, gecə saat 10 radələrində quldurlar Rodriqezin “Oracle Park” yaxınlığındakı Brannan küçəsində park edilmiş avtomobilinin şüşəsini sındıraraq, 500 min dollar dəyərində zərgərlik və elektronika məmulatlarını oğurlayıblar.

Bütün bunlar Rodrigez yaxınlıqdakı “Marlowe” restoranında nahar edərkən baş verib.

Hadisədən bir neçə saat sonra Aleks Rodrigezin nümayəndəsi maddi zərərin miqdarını şərh edib, lakin dəqiq məbləği açıqlamayıb: “Aleksin avtomobilindən oğurlanmış əşyaların dəyəri çox şişirdilmişdir”.

Zərərçəkən isə xoşagəlməz hadisəyə bu cür reaksiya verib: “Sadəcə dəyərinə görə deyil, həm də onlarla əlaqəli xatirələrim üçün əziz olan bəzi əşyalarımın oğurlandığına görə kədərləndim. Eyni zamanda, sevinirəm ki, yerli hüquq-mühafizə orqanlarının kameralarda video yazıları var, cinayətkarların tutulması və əşyalarımın mənə qaytarılması üçün əllərindən gələni əsirgəmirlər”.

Aleksin sevgilisi Cennifer Lopez isə baş verən hadisəni şərh etməkdən boyun qaçırıb.

Rəşad Əliyev