Cenifer Lopesin nişanlısından 500 min dollar oğurlayıblar

02:54 14-08-2019 862

San-Fransiskoda Cenifer Lopesin nişanlısı Aleks Rodrigesi qarət ediblər.

San Francisco Chronicle” xəbər verir ki, cinayətkarlar onun fotoaparatını, noutbukunu və 500 min dollar dəyərində qızıl zinət əşyalarını oğurlayıblar.

Rodriges restoranda şam yeməyində olduğu zaman oğrular pəncərəni sındırıb maşınına giriblər. Bütün əşyalar elə maşından oğurlanıb.