Şirvanda yanmış kişi meyiti aşkar edilib
00:20 22-07-2021 390
Şirvanda kişi meyiti tapılıb.
“Report” xəbər verir ki, meyit yanmış halda şəhərin Heydər Əliyev prospektində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və əraziyə baxış keçirilib.
Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.