Sibir yanğınlarının tüstüsü Qrenlandiya və Alyaska istiqamətində hərəkət edir

05:00 14-08-2019 520

Sibir yanğınlarının tüstüsü Şimal Buzlu Okeanı qət edərək Qrenladiyaya çatacaq.

RİA Novosti” xəbər verir ki, tüstü buludu Qrenlandiyadan sonra Alyaska istiqamətində hərəkət edəcək.

“Copernicus” Avropa nəzarətlər proqramının proqnozları bunu deməyə imkan verir.

Son məlumatlara görə, Rusiyanın İrkutsk və Krasnoyarsk vilayyətlərində 200 meşə yanğını qeyd olunub.

Yanğınlar ümumilikdə 2,5 milyon hektar ərazini əhatə edir.