Türkiyədə koronavirusla bağlı son vəziyyət
23:20 23-07-2021 584
Türkiyədə iyulun 23-nə olan koronavirus statistikası açıqlanıb.
“Haber Global”ın məlumatına görə, artıq ölkədə sutkalıq yoluxma sayı 10 mini ötüb.
Belə ki, son 24 saat ərzində 219 528 nəfərin COVID-19 testi yoxlanılıb. Testlərdən 11 094-nün cavabı müsbət çıxıb.
49 nəfər isə koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, sutka ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayı 5215 nəfər olub.