Rusiyada uşaqlara koronavirus peyvəndi tələbi yoxdur

09:00 24-07-2021 354

Rusiyada uşaqların koronavirusa qarşı vaksinasiyası barədə hansısa tələb yoxdur.

TASS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko deyib.

Onun sözlərinə görə, uşaqlar arasında yüksək yoluxma qeydə alınmır.

Rusyalı nazir onu da qeyd edib ki, xüsusilə təhsilə qəbul üçün uşaqların peyvənd edilməsi ilə bağlı hansısa tələb planlaşdırılmır.