Amerikanlar meydan sahibi Yaponiyanı suya girməyə peşman etdi - 29 qol!

12:20 24-07-2021 374

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk tarixi rekord qeydə alınıb.

HerGun.Az xəbər verir ki, qadınlardan ibarət su polosu üzrə ABŞ yığması meydan sahibi Yaponiyanı 25:4 hesabı ilə darmadağın edib.

Bu hesab isə yeni Olimpiya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, indiyədək Olimpiada tarixində heç vaxt belə böyükhesablı nəticə olmayıb.

Maraqlıdır ki, sabah bu iki ölkənin kişilərdən ibarət su polosu üzrə komandaları da üz-üzə gələcək.