Nərimanovda iki avtomobil toqquşdu, xəsarət alan var

09:40 25-07-2021 316

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1984-cü il təvəllüdlü Ağalarov Elnur Mirzamin oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.