Kasprşik Paşinyanla görüşüb

22:54 22-03-2019 13

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik cümə günü İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Bu barədə News.am məlumat yayıb.

Tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nzamlanması prosesini müzakirə ediblər. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması və sülh yolu ilə həll üçün zəruri addımların atılması məsələsinin əhəmiyyəti qeyd olunub.