Dağlarda uçqun doqquz turistin həyatına son qoydu – VİDEO

01:00 27-07-2021 430

Hindistanın Himaçan Pradeş ştatında Kinnaur rayonunda dağlarda baş verən uçqun doqquz turistin həyatına son qoyub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Onlardan başqa üç nəfər isə yaralanıb.

Hadisəyə səbəb kimi bir neçə gündür davam edən leysan yağışlarının səbəb olduğu sürühmə göstərilib.