2034-cü ilin dünya müharibəsi təsviri: Dronlar və avtonom pilotsuz döyüş texnikasının qarşıdurması

01:40 27-07-2021 360

ABŞ ordusunun istefada olan admiralı Ceyms Stavridis və yazıçı Elliot Akermanın “2034: Yaxınlaşan dünya müharibəsi haqqında roman” kitabında mümkün mühribənin ssenarisini açıqlanıb.

Bu barədə “National Interest” məlumat yayıb.

Müəlliflər ehtimal edir ki, ABŞ və Çinin Cənubi Çin dənizində toqquşması 2034-cü ildə “qlobal yanğına” səbəb ola bilər. Qeyd olunur ki, münaqişədə əsasən dronlar və avtonom pilotsuz döyüş texnikası iştirak edəcək. Bununla birlikdə döyüş əməliyyatları düşmən sistemlərinə qarşı genişmiqyaslı haker hücumları ilə müşayiət olunacaq.