Məşhur türkiyəli aparıcı: “Səhər saat beşdə oyanıram”

04:20 27-07-2021 596

Hər zaman gözəl bədən quruluşu ilə seçilən Türkiyənin məşhur aparıcısı, model və aktrisa Burcu Esmersoy tətilini necə keçirməsi barədə danışıb.

Türkiyənin Kanal D televiziya kanalına açıqlama verən B.Esmersoy hazırda Bodrumda istirahətdə olduğunu, yuxusuna, idmanına, qidalanmasına diqqət etdiyini bildirib.

“Axşam saat səkkizdə mobil telefonumu söndürürəm. Saat 22:00-a qədər artıq yuxuya gedirəm. Səhər saat beşdə oyanıram. İdman edirəm, nizamlı həyat keçirirəm”, - deyə məşhur aparıcı vurğulayıb.

Burcu Esmersoy ağ çörək yemədiyini, ancaq simiti çox bəyəndiyini söyləyib:

“Simit dəlisiyəm. Bazar gününü özümə hədiyyə edirəm. Simit, kərə yağı, cem... Səhər yeməyində səkkiz simit yeyirəm”.

45 yaşlı Burcu Esmersoy yaşa ciddi önəm vermədiyini, qadın üçün püxtələşməyin və həyat təcrübəsi qazanmağın daha vacib olduğunu bildirib.