Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

21:00 27-07-2021 319

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Novo-Saratovka kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına  kiçik toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.