Makron “yeriyən çiçəy”ə çevrildi - VİDEO

21:20 27-07-2021 344

Fransa Prezidenti Emmanuel Makron Fransa Poloneziyasını ziyarət edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Səfər çərçivəsində maraqlı görüntülər ortaya çıxıb. Belə ki, dövlət başçısına yerli adət-ənənələrə əsasən o qədər çələng taxılıb ki, Makronun hətta bir müddət sonra üzü görünməməyə başlayıb.

Nəşr Makronun bu vəziyyətini təsvir edərkən “yeriyən çiçək” başlığından istifadə edib.