Türkiyədə dəhşətli yanğının görüntüləri yayıldı - VİDEO

21:40 27-07-2021 376

Türkiyənin Qaziantep şəhərində gəmi istehsalında istifadə olunan materialların yerləşdiyi anbarda yanğın baş verib.

“TRT Haber” məlumat verir ki, səmanı tüstü bürüyüb. Yanğının başvermə səbəbi bilinmir.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Yangınsöndürmə işləri davam edərkən partlayış səsləri eşidilib.

Bölgədə bəzi evlər tədbir məqsədi ilə boşaldılıb.