Qaxda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB + FOTO

23:40 27-07-2021 343

Qaxda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Qarabaldır kəndinin ərazisindən keçən 97-ci km-də baş verib.

1988-ci il təvəllüdlü, Balakən rayonunun Tülü kəndində yaşayan Dinavasov Aruz Səidbəy oğlu idarə etdiyi “Kia Rio” markalı 99 OV 496 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Şəki rayonu istiqamətində hərəkətdə olarkən, Şəki rayonu istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan 1987-ci il təvəllüdlü, Bakı şəhəri Şuşa şəhərciyi Ramana qəsəbəsində yaşayan Sofiyeva Nəzakət Nurəddin qızının idarə etdiyi “Chevrolet Aveo” markalı 90 PH 732 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticədə hər iki avtomobilin sürücüləri, “Kia Rio” markalı avtomobilin salonunda olan sürücü Aruz Dinavasovun azyaşlı övladı, 2020-ci il təvəllüdlü Balakən rayonunun Tülü kəndində yaşayan Dinavasov Yusif və “Chevrolet Aveo” markalı avtomobilin salonunda olan sərnişin, 1953-cü il təvəllüdlü Bakı şəhəri Qafqaz küçəsi ev 47A-da yaşayan Hüseynova Sürəyya Məhəmməd qızı və avtomobillərdə olan daha üç sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan azyaşlı Yusif Dinasov müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

20:20

Qaxda iki minik avtomobili toqquşub, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun, Qax rayonunun  Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticədə biri azyaşlı olmaqla ümumilikdə yeddi nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralılardan biri, körpə uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların  müayinəsi Qax RMX-da aparılır  və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.