Cüdo millimiz DÇ-də 16 idmançı ilə mübarizə aparacaq - HEYƏT

14:18 14-08-2019 670

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək. 

HerGun.Az xəbər verir ki, həm kişilər, həm də qadınlardan ibarət cüdo millimizin üzvləri səkkiz gün ərzində medallar uğrunda mübarizə aparacaq.

Cüdo üzrə dünya çempionatına avqustun 25-də start veriləcək. Yeddi gün baş tutacaq fərdi mübarizələrdən sonra sentyabrın 1-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz mundialda doqquz kişi və yeddi qadın cüdoçu ilə təmsil olunacaq. 

Tokio Olimpiya Oyunları qabağı son dünya çempionatında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular bunlardır: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi -52 kq), Munxtsedev İçinxorloo (-57 kq), Günel Həsənli (-70 kq), İrina Kindzerskaya (+78 kq), Davud Məmmədsoy (-60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq).

Səbuhi Musayev