Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

14:40 28-07-2021 309

“2021-ci ilin altı ayında 257 nəfər Azərbaycan vətəndaşlığlına qəbul olunub”.

HerGun.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin altı ayının yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu dövrdə vətəndaşlığa mənsubiyyətlə bağlı müraciətlərdə artma mövcuddur ki, bu da karantin tədbirlərinin yumşalması ilə bağlıdı:

“Son 6 ayda 201 şəxs readmissiya olunub. Onlar müxtəlif vaxtlarda çarter reysləri ölkəyə gətirilib”.

İlhamə Əbülfət