Türkiyənin Qara dənizdən qaz hasilatına başlayacağı tarix açıqlanıb

23:40 28-07-2021 400

Qara dənizdəki Sakarya yatağında təbii qazın ilk alovlandırılması mərasimi təşkil edilib.

“Haber Global”ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimə canlı bağlantı ilə qatılıb.

Dövlət başçısı bəyan edib ki, Türkiyə 2023-cü il üçün Qara dənizdən qaz hasilatına başlamağı planlaşdırır.

Ərdoğan Sakarya yatağının Qara dənizdə Türkiyə tərəfindən kəşf edilən nə ilk, nə də son qaz yatağı olduğunu bildirib. O, qeyd edib ki, yaxın zamanlarda Qara dəniz qazının istismara verilməsilə Türkiyənin bu sahədəki xarici asılılığı xeyli azalacaq.