“Qarabağ” müdafiəçi problemini pulsuz həll etdi - FOTO

12:20 29-07-2021 420

“Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəni transfer edib.

HerGun.Az xəbər verir ki, Ağdam təmsilçisinin “Facebook” səhifəsi xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb.

O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadə son olaraq Azərbaycanda “Sabah” klubunda çıxış edib. Mərkəz müdafiəçisi daha əvvəl BƏƏ-nin “Əl-Əyn” klubuna keçsə də, qısa müddət sonra həmin komanda futbolçudan imtina edib. Nəticədə Bəhlul Ağdam klubuna havayı başa gəlib.