Belaruslu politoloq: “Ermənistanın sükanı arxasında oturanların adekvatlığı ilə bağlı sual yaranır”

13:20 29-07-2021 493

“Ermənistan cəmiyyəti revanşizm və şovinizmdən uzaqlaşmalıdır. Buna görə də iddialarını elə öz rəhbərliklərinə qaldırsınlar. Ermənilər gerçək siyasətə qayıtmalı, Ermənistan cəmiyyəti özünü daxil etdiyi blokadadan qurtulmalıdır”.

Bu barədə belaruslu politoloq, “Nomos” mühafizəkar mərkəzinin direktoru, Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi əməkdaşı, “Belaya Rus” Respublika ictimai birliyinin eksperti Pyotr Petrovski Caliber.Az-a bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycan, Türkiyə və digər ölkələrlə diplomatik əlaqələr qurması lazımdır:

“Yeri gəlmişkən, Moskva, Minsk və Ankara buna işarə ediblər”.

Politoloq deyir ki, Ermənistan “özünüblokada” vəziyyətindədir və təbii ki, böyük iqtisadi xərclər daşıyır:

“Sərhədləri açmaq lazımdır, çünki bu, Ermənistan tərəfinə ciddi fayda verəcək. İndiki Ermənistan rəhbərliyi bu barədə düşünmürsə, o zaman ölkənin sükanı arxasında oturanların adekvatlığı ilə bağlı sual yaranır. Köklərini az qala Daş dövründən hesablayan “çox qədim xalqlar” – onlar hansısa “qədimliklərinin” başqalarından üstünlük təşkil etməsini sübut etmək üçün tarixə ilişib qalıblar”.

O, Ermənistan cəmiyyətinin böyük bir hissəsinin arxaik, tarix-mərkəzçi düşüncəyə sahib olduğunu bildirib və vurğulayıb ki, kaş ki, Ermənistanda keçmişə yox, gələcəyə baxalar.

“Və daha bir şey: ölkələr arasında beynəlxalq müqavilələri oxumaq lazımdır. Mənə elə gəlir ki, revanşistlər (ermənistanlı - red.) həm Ermənistan Respublikasının, həm də Minsk razılaşmalarının və müharibə bitdikdən sonra Ermənistan lideri tərəfindən Qarabağla bağlı imzalanmış digər müqavilələrin öhdəliklərini oxuyub öyrənməlidirlər”, - deyə belaruslu mütəxəssis qeyd edib.