İstirahətə gedirdilər, maşınları dərəyə yuvarlandı

16:09 14-08-2019 744

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayona istirahətə gələn Bakı sakinləri dağlıq ərazidə qəzaya düşüblər.

54 yaşlı Babəli Canəli oğlu Məhərrəmovun sürücüsü olduğu “Lexus” markalı nəqliyyat vasitəsi əsas yoldan çıxıb və dərəyə yuvarlanıb.

Sürücü ilə onun 15 yaşlı oğlu Seyidəli Məhərrəmov və bacısı oğlu 19 yaşlı Müseyib Baləddin oğlu Cahangirov müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. B.Məhərrəmovun vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan