II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib

23:45 21-06-2019 856

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

HerGun.Az xəbər verir ki, əvvəlcə açılış mərasimində üç minə yaxın könüllü stadionun meydan hissəsinə çıxıb.

Daha sonra rəsmi şəxslərin mərasimdə olduğu elan olunub. Belə ki, Belarusun Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenkonun və Belarusun Baş naziri, II Avropa Oyunları Təşkilat Komitəsinin sədri Sergey Rumasın iştirak etdiyi açıqlanıb.

Bundan sonra Belarusun dövlət himni səsləndirilib.

Daha sonra bədii hissə nümayiş etdirilib. Bədii hissədən sonra idmançıların paradı başlayıb.

Əvvəlcə Olimpiadanın vətəni olan Yunanıstan idmançıları stadionun qaçış cığırından keçib. Azərbaycan isə altıncı ölkə olub.

Səbuhi Musayev