Avtomobil yüksək sürətlə kafenin terrasına çırpıldı: Ölən və xəsarət alanlar var - VİDEO

08:40 31-07-2021 404

Fransanın paytaxtı Parisdə sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil kafenin terrasına çırpılıb.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Avtomobil qəzasını törədən şəxsin hadisə yerindən qaçdığı qeyd olunur. İlkin məlumata görə, qəzaya səbəb sürücünün sürət həddini aşmasıdır.