İraqda iri neft emalı müəssisəsinə raket hücumu olub

20:00 31-07-2021 319

İraqın şimalında neft şirkətlərindən birinə məxsus iri müəssisə raket hücumuna məruz qalıb.

Bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb.

Sözügedən müəssisənin Bağdaddan 200 kilometr şimal-qərbdə Səlahəddin əyalətində yerləşdiyi ehtimal olunur.

Atılan mərminin kustar üsulla hazırlandığı qeyd olunsa da, hadisə zamanı ölən və ya yaralıların olub-olmaması açıqlanmayıb.