Rusiyada iyul ayında koronavirusdan ölüm sayında rekord qırıldı

22:00 31-07-2021 319

Rusiyada cari ilin iyul ayında koronavirusdan ölənlərin sayı bütün pandemiya ərzində maksimuma çatıb.

Bu barədə TASS məlumat yayıb.

Belə ki, qonşu ölkədə 1-31 iyul tarixlərində koronavirusdan 23 349 ölüm halı qeydə alınıb.

Halbuki, bu rəqəm hələ iyun ayında 13713 olub.

Buna qədər ölüm hallarında rekord isə dekabr ayında müşahidə olunub. Həmin vaxt ay ərzində ölənlərin sayı 17124-ə çatıb.