Rusiyada sərnişin qatarının iştirakı ilə qəza baş verib: Ölən var - FOTO

05:20 01-08-2021 444

Rusiyanın Kaluqa bölgəsində “Adler-Moskva” marşrutu ilə hərəkət edən sərnişin qatarı yük maşını ilə toqquşub.

Bu barədə “Kubanskiye novosti” xəbər yayıb.

Məlumata görə, sement daşıyan maşınının sürücüsü hadisə yerində həlak olub. Qatarın sərnişinləri arasında xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəbləri araşdırılır.