Fransanı təmsil edən azərbaycanlı idmançı Olimpiadada qalmaqalla yadda qaldı - VİDEO

12:00 01-08-2021 379

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev 1/4 final mərhələsində Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.

Döyüş zamanı amerikalı hakim hesab edib ki, M.Əliyev döyüş vaxtı Böyük Britaniya təmsilçisi Freyzer Klarka kəllə atıb və nəticədə rəqibinin başından qan açılıb. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.

Lakin Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkəranə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.