Azərbaycanın Olimpiadanın medal sıralamasındakı yeri bilindi

15:00 01-08-2021 437

Tokio Olimpiadasında Azərbaycanın ikinci bürünc medalının rəsmiləşməsi ilə sıralamada hansı yerdə olmağımız dəqiqləşib.

HerGun.Az-ın xəbərinə görə, Azərbaycan hazırda medal sıralamasında 68-ci yerdədir.

Misir və Meksika da Azərbaycan kimi iki bürünc medal qazanıb. Turnir cədvəlinə isə Çin başçılıq edir.

Asiyalı idmançılar 23 qızıl, 14 gümüş və 13 bürünc medal qazanıb. ABŞ 20 qızıl, 21 gümüş və 14 bürünc medalla ikinci, meydan sahibi Yaponiya 17 qızıl, 5 gümüş və 8 bürünc medalla üçüncüdür.

Qeyd edək ki, Azərbaycan cüdoda İrina Kindzerskaya və boksda Loren Alfonso Dominqeslə bürünc medal qazanıb.

Səbuhi Musayev